Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edib.
"Cebhe.info" xəbər verir ki, Putin müraciətində ötən gün Moskvada “Crocus City Hall” ticarət mərkəzində baş verənləri qanlı və barbar terror hücumu adlandırıb.
O bildirib ki, onlarla dinc, günahsız insan terror aktının qurbanı olub.
Putin doğmalarını və yaxınlarını itirən hər kəsə başsağlığı verib. Həmçinin qeyd edib ki, Moskva və digər regionlarda əlavə antiterror tədbirləri tətbiq edilib.
***
Rusiya Prezident Vladimir Putin martın 24-nü Rusiyada milli matəm günü kimi elan edib.
"Cebhe.info" xəbər verir ki, Vladimir Putin bunu xalqa müraciətində səsləndirib.
O, hücumu həyata keçirən 4 nəfər də daxil olmaqla, ümumilikdə 11 nəfərin saxlanıldığını açıqlayıb:
"Bu cinayətin arxasında duran hər kəs müəyyən edilərək cəzalandırılacaq. Terrorçuların gələcəyi yoxdur”.