Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni ticarət məhdudiyyətlərini və sanksiya siyahılarını əhatə edəəcək 13-cü sanksiyalar paketinin müzakirəsinə başlayıb.
Bu barədə “Bloomberg” agentliyi mənbəyə istinadən məlumat verib. Məlumata görə, yeni sanksiyalar paketinin fevralın 24-dək təsdiqlənməsi nəzərdə tutulub. Agentliyin bildirdiyinə görə, çərşənbə günü ittifaq ölkələrinin səfirlərinin görüşündə mümkün sanksiyalar müzakirə edilib. Onlar sanksiya siyahılarının genişləndirilməsi, əlavə ticarət məhdudiyyətlərinin tətbiq edilməsi, habelə Rusiyanın sanksiyalardan yayınması ilə mübarizə tədbirlərinin həyata keçirilməsi kimi məsələləri müzakirə ediblər.(yeniavaz.com)