"BMT Qəzzada HƏMAS terrorçularına yardımla bağlı Haaqadakı beynəlxalq tribunalın müttəhim kürsüsündə oturmalıdır".
Bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan deyib.
Daimi nümayəndənin sözlərinə görə, BMT terrorçuların Qəzzada tunellər tikməsinə və raket istehsalı üçün beynəlxalq yardımdan istifadə etməsinə göz yumub. Bundan əvvəl Cənubi Afrika Respublikası yəhudi dövlətini soyqırımda ittiham edərək BMT-də beynəlxalq məhkəməyə müraciət etmişdi. İsrail hökumətinin sözçüsü Eilon Levy cavab olaraq bildirib ki, Cənubi Afrika HƏMAS-ın "hüquq şöbəsi" kimi çıxış edir və təşkilatın BMT-dəki fəaliyyətinə haqq qazandırır.