Azərbaycanlılar boykot qərarı verdi, hakimiyyət narahatdır
İranda parlament seçkilərində iştirak edən namizədlər hakimiyyətə bağlı insanlardır. Yalnız Nigəhban Şurasının süzgəcindən keçən insanların namizəd kimi iştirakına icazə verilir. Həmin namizədlər isə xalqın deyil, hakimiyyətin yanındadır.

Bu sözləri güneyli milli fəal Sürgün Günəş İranda mart ayında keçiriləcək parlament seçkiləri haqqında danışarkən deyib.

Günəş Güney Azərbaycan türklərinin əksəriyyətinin bu seçkilərdə iştirak etməyəcəyini bildirib:

“Biz seçkiləri boykot edirik. Xalqımızın çoxu seçkilərə qatılmayacaq. İndiki vaxtda seçkilərdə iştirak etməyimiz Urmiya gölünün qurudulmasına, ekoloji fəlakətə, iqtisadi problemlərə səs vermək olardı”.

Sürgün Günəş hesab edir ki, boykot qərarı böyük mənada seçkilərin nəticəsinə təsir etməsə də, milli hərəkat üçün müsbət təsir buraxacaq:

“Daxildə hakimiyyətin çirkin siması açıldıqca millətimiz də onlardan üz döndərir. Hətta deyərdim ki, Güney Azərbaycanda millətimizin böyük əksəriyyəti daha seçkilərdə öz səsini kiməsə vermək istəmir. Həm namizədlərə, həm də parlamentdə qəbul ediləcək qərarlara güvən itib. Çünki Məclis xalqın səsini təmsil etmir. Biz buna Urmiya gölündən sonra bir daha əmin olduq. Hökumətin qərarsızlığı Azərbaycan millətini yenidən düşünməyə vadar etdi. On illərdir etiraz edirik, lakin müsbət bir nəticə əldə olunmayıb. Bilirik ki, hakimiyyət bizə istədiyimizi verməyəcək. Odur ki, milli fəallarımız buna etiraz olaraq seçkiləri boykot edir. Hakimiyyət bizim boykot qərarımıza hər hansısa siyasi don geyindirib, öz xeyirinə çıxacaq. Belə olacağına şübhəmiz yoxdur. Amma ən azından hakimiyyətdə bir sual da yaranacaq ki, insanlar niyə seçkiyə qatılmaq istəmir? Ümid edirik ki, bunun bir təsiri olacaq”.

Onun sözlərinə görə, artıq hakimiyyətdə onların boykot qərarı narahatlıq yaradıb və hər vasitə ilə xalqın seçkilərə getməsini istəyirlər:

“İndi də milləti hədələməyə başlayıblar. Yüksək rütbəli məmurlar seçkilərə qatılmayanları cəzalandıracaqlarını deyirlər. Müxtəlif yollarla xəbərdarlıq göndərib, boykot qərarından vaz keçməyə çağırırlar. Biz isə qərarımızdan dönmək niyyətində deyilik. Mənə bir neçə dəfə dolayısı ilə xəbər çatdırıblar ki, boykot çağırışlarından imtina edim və xalqı da seçkilərdə iştiraka inandırım. Lakin cavabım birmənalı şəkildə belə oldu ki, Qərbi Azərbaycanda kürd–türk problemi və bizi narahat edən onlarla məsələ həll olunmayınca, heç bir seçkidə iştirak etməyəcəm. Nə qədər ki, səsimizi eşitməyiblər, seçkilərə getməyəcəyik və nəticələri də bizim üçün maraqlı deyil”.
axar.az
 
 
 

Bölmənin digər xəbərləri

22 Aprel 2025 Qərb ŞOKDA! Putin GERİ ÇƏKİLDİ – ilk dəfə BU ADDIMI ATDI – müharibə BİTİR
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTO
22 Aprel 2025 Ermənistan parlamentində deputatlar əlbəyaxa oldu - Yaralanan var - VİDEO
22 Aprel 2025 Bu respublikada 1928-ci ilə qədər rəsmi dil Azərbaycan dili olub
22 Aprel 2025 ABŞ bütün bayraqları yarıya endirib
22 Aprel 2025 “Sülh sazişi imzalanmayınca Orta Dəhlizin işləməsi mümkün deyil və onun bir parçası kimi Zəngəzur dəhlizi...”
22 Aprel 2025 Paşinyan Bakıda tez-tez təkrarlanan cümləni dedi – Gözlənilməz qərar
21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE

Dünyapress TV

Xəbər lenti