Rusiya prezidenti Vladimir Putin Anadır şəhərinin ( Çukotka Muxtar Dairəsinin inzibati mərkəzi) sakinləri ilə görüşü zamanı bildirib ki, hər gün idmana 2-2,5 saat vaxt ayırır.
Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Rusiya prezidentinin sözlərinə görə, bədən tərbiyəsi həyatın bir hissəsi olmalıdır.
"Ən azı bir saat idmanla məşğul olmaq lazımdır. Hər bir insan bilməlidir ki, idmana vaxt ayırmalıdır", deyə Putin bildirib.
Rusiya lideri vurğulayıb ki, ölkədə hətta əldə edilməli olan müəyyən göstəricilər var: Rusiyada nə qədər insan bədən tərbiyəsi və idmanla məşğul olmalıdır.
"Bu, cəmiyyətin inkişafının ən mühüm sosial göstəricilərindən biridir", deyə prezident bildirib.
Dekabrda Vladimir Putin birbaşa xətt zamanı deyib ki, gələcək prezident proqramında regionlarda idmana büdcənin artırılması planı daxil olacaq. Rusiya dövlət başçısının sözlərinə görə, ölkədə idmanı və bütün idman proqramlarını inkişaf etdirmək lazımdır.