Londonda tuneli su basdı: Səfərlər ləğv edildiYaradılıb 31.12.2023 10:07 | Baxış sayı: 135İngiltərənin paytaxtı Londonun ortasından keçən Temza çayının altındakı tuneli daşqınlar nəticəsində su basıb.Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.Bildirilib ki, baş verən daşqın nəticəsində “Eurostar” şirkətinin Paris, Brüssel və Amsterdama gedən ən azı 29 qatarı ləğv edilib.“Yeni il” öncəsi qatarların hərəkətinin dayandırılması stansiyalarda çoxlu sərnişinin əziyyət çəkməsinə səbəb olub.Tuneldə çalışan mühəndislər görülən işlərlə suyun səviyyəsinin azaldığını bildiriblər.Qatarların hərəkətinin nə vaxt normallaşacağına aydınlıq gətirilməyib. Facebook-da paylaş