Macarıstan Bolqarıstanın Şengen zonasına daxil olmasına vetonunu ləğv etdi. Səbəb Sofiyanın Rusiya qazının öz ərazisindən tranziti üçün rüsumları ləğv etməsidir.
Bunu Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Nazirliyinin rəhbəri Peter Siyarto deyib.
Bolqarıstan tərəfi Macarıstanı məlumatlandırıb ki, yanacağın daşınmasına görə rüsumlar haqqında qanun qüvvəyə minib və müvafiq layihə rəsmi sənədlər toplusuna daxil edilib.
“Macarıstana təbii qaz tədarükünə görə əlavə vergini ləğv edən qanun rəsmən dərc edilib”, – Macarıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir.