Fələstinin radikal HƏMAS hərəkatı ABŞ və Britaniya hakimiyyətinə müraciət edərək, Fələstin xalqına qarşı yürütdükləri “təcavüzkar siyasətə” yenidən baxmağa çağırıb.
32gun.az bildirir ki, müvafiq bəyanat hərəkatın Telegram kanalında yerləşdirilib.
"Biz bir daha ABŞ və Böyük Britaniya administrasiyalarını Fələstin xalqına qarşı aqressiv siyasətlərinə yenidən baxmağa, xalqımıza və torpaqlarımıza, eləcə də müsəlman və xristian ziyarətgahları qarşı ən dəhşətli cinayətləri törədən İsrail tərəfinin hərəkətlərinə utanc verici dəstəyinə son qoymağa çağırırıq”. - mətndə vurğulanıb.
HƏMAS ABŞ və Böyük Britaniyanın hərəkat nümayəndələrinə qarşı sanksiyalar tətbiq etməsini pisləyib, Vaşinqton və Londonu fələstinlilərə qarşı cinayətlərdə şərik adlandırıb.