Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Moskvaya silah üçün milyonlarla dollar ödəyib, lakin nə silahı, nə də pulu geri almayıb. Qaynarinfo news.am-a istinadən xəbər verir ki, o, bunu canlı yayımda vətəndaşların suallarını cavablandırarkən deyib. Ermənistan baş naziri bildirib ki, hazırda bu problemin hansı mexanizmlərlə həll oluna biləcəyi ilə bağlı müzakirələr gedir. “Məsələn, variantlardan biri bu puldan Ermənistanın borcunun həcmini azaltmaq ola bilər… Rusiyanın özünə də silah lazımdır və biz onıarla işləməyə hazırıq. Ümid edirəm ki, bu müzakirələr konkret nəticələr əldə edəcək”, deyə Paşinyan bildirib.