Çexiya Müdafiə Nazirliyi Rusiya və Çini terrorizmlə bərabər ölkənin milli təhlükəsizliyinə təhdidlər siyahısına salıb.
Bu barədə Nazirliyin məsul zabiti Yan İreşə istinadən məlumat yayılıb.
Əvvəllər sənədlərdə qeyri-müəyyən ifadələr yer alırdısa, indi onlar daha konkretdir. Moskva və Pekin terrorla yanaşı təhdidlər siyahısındadır. Hazırda qurum təhlükəsizlik sahəsində Praqanın planlarını müəyyən edən sənədlərin hazırlanmasını başa çatdırır. Ölkənin hərbi idarəsi hesab edir ki, mövcud standartlar köhnəlib və yenilənməyə ehtiyac var.