Martın 30-da Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan 28 ərizəyə dair qərar qəbul edib və hökumətin üzərinə ərizəçilərə 80 min avro təzminat ödəmək öhdəliyi qoyub, aihmaz.org saytı bildirib.
Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan üzrə qərarlarının monitorinqi qrupunun rəhbəri Xalid Ağaliyev bildirib ki, Rövşən Məmmədli və Azər Kazımzadənin işi ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə bağlıdır.
Tərəflər kommunikasiya mərhələsində dostca anlaşdıqları üçün Avropa İnsan Hüquqları Məhkəməsi ərizənin baxılacaq işlərin siyahısından çıxarılması haqda qərardad qəbul edib. Qərardada əsasən, hökumət ərizəçilərin hər birinə 650 avro, hüquqi məsrəflərə görəsə ümumilikdə 1200 avro ödəməlidir.
Mətbuatda müxtəlif yazıların müəllifi Rövşən Məmmədli 2017-ci ildə həbs olunub və 30 sutka inzibati həbs cəzası alıb. Jurnalist Azər Kazımzadə 2017-ci ildə Lerik polisi tərəfindən saxlanılıb.
“Cabbar Savalanlı və başqaları Azərbaycana qarşı” işində 18 ərizəçinin şikayəti birləşib. Onlar sərbəst toplaşma hüququnun, əsasən 2017-ci ildə etiraz aksiyası zamanı saxlanmalardan şikayət ediblər.
Bu işdə də tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən hökumət 18 ərizəçinin hər birinə 3000 avro ödəyəcək.
“Hikmət Səmədov və başqaları Azərbaycana qarşı” işi mülkiyyət hüququnun pozulması ilə bağlıdır. Burada da tərəflər dostca anlaşıblar.
Hikmət Səmədov, İsgəndər İsgəndərov, Asəf Nuriyev, Daxil Nəzərov 3600 avro, Ramiz Rzayev 1500 avro, Rahib Məmmədov 3000 avro alacaq. Ərizəçilərə ümumilikdə 1500 avro hüquqi xərc əvəzi də ödəniləcək.
2017-ci ildə əsassız inzibati həbsdən şikayət edən Rəhim Şalıyevin işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsi ona 1250 avro ödənimləsinə qərar verib.
ReAL Partiyasının üzvü Ərəstun Baxşəliyev 2020-ci ildə inzibati qaydada 10 sutka həbs olunmasından şikayət edib. Apellyasiya Məhkəməsi 10 sutkanı 3 sutkayadək azaldıb. Avropa İnsan Hüquqları Məhkəməsi ona 2850 avro kompensasiya