Sarıköklü qatığın faydaları nələrdir?
Sarıköklü qatıq həm dadlı, həm də sağlamlıq üçün faydalı olan bir qarışımdır. Foodinfo.az xəbər verir ki, sarıkökün antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə qatığın probiotik təsiri birləşərək orqanizm üçün bir çox müsbət təsir yaradır. Sarıkök güclü antioksidantdır və bədəndə sərbəst radikalları zərərsizləşdirərək hüceyrələrin sağlamlığını qoruyur. İltihab əleyhinə təsiri sayəsində oynaqlardakı ağrıları və iltihabları azaldır. Bu səbəbdən artrit və digər iltihablı xəstəliklərdən əziyyət çəkənlər üçün faydalıdır. Qatıq isə həzm sistemini dəstəkləyir, bağırsaqlarda sağlam bakteriya tarazlığını qoruyur və immuniteti gücləndirir. Sarıkök ilə qarışdırıldıqda bu təsirlər daha da artır. Sarıköklü qatıq həzmi asanlaşdırır və bədəndə toksinlərin atılmasına kömək edir. Eyni zamanda bu qarışım arıqlamağa dəstək ola bilər, çünki maddələr mübadiləsini sürətləndirir və toxluq hissi yaradır. Sarıkök qan dövranını yaxşılaşdırır və xolesterini tarazlaşdırmağa kömək edir. Sarıköklü qatıq hazırlamaq üçün bir kasa qatığa 1 çay qaşığı sarıkök əlavə edib yaxşıca qarışdırmaq kifayətdir. Mütəmadi olaraq az miqdarda qəbul edildikdə həm həzm sistemi, həm də ümumi sağlamlıq üçün faydalıdır.
 

Dünyapress TV

Xəbər lenti