"MisterChoc Şokoladlı Peçenyelər" marketlərdən geri yığılır: -
Avropanın geniş yayılmış marketlər şəbəkəsi olan Almaniyanın Lidl mağazaları, Macarıstan istehsalçısı "Felföldi Édességgyártó Kft."nin "MisterChoc Şokoladlı Peçenyelər" adlı məhsulunu geri yığmağa qərar verib.

Mia.az-ın məlumatına görə, bu qərar şokoladlı peçenyelərin istehlakı zamanı ağız və dildə yanma, qıcıqlanma və yara yaratdığına dair şikayətlərdən sonra qəbul edilib. Bu səbəbdən şirkət istehlakçılara sağlamlıq riski yarada bilən bu məhsulu yeməməyi tövsiyə edib.

Qeyd edək ki, "MisterChoc" – bol şokoladla örtülmüş duzlu peçenyelərdən ibarətdir. Doğrudur, "Lidl market"ləri müştərilərə bu məhsulu təqdim etdikləri halda, ödəniş qəbzi tələb etmədən geri qaytarma və pulun geri ödənilməsi imkanını dərhal təmin edir: "Üstəlik, şirkətin özü,xəbərdarlıq yayaraq, sağlamlıq riski yaradan məhsulu istehlak edənlərdən mağazaya dərhal müraciət etməyi tövsiyə edir".

Bildirək ki, "Lidl marketlər"i Avropa ölkəıləri daxil olmaqla, 32 ölkədə geniş ticarət şəbəkəsinə malikdir. Şəbəkə hər gün milyonlarla müştəriyə xidmət göstərir: "Şirkət müştərilərinin sağlamlığını ön planda tutduğunu daim üstün tutduğunu qabardır..."

Xəbərdə o da qeyd olunur ki, bu hadisə son aylarda Avropada geri çağırılan təhlükəli məhsullar dalğasına yeni bir nümunədir: "Təhlükəli ərzaqların geri çağırılması ilə bağlı Avropa İttifaqı daxilində daha sıx nəzarət və yeni qaydaların tətbiqi gözlənilir...".
 

Dünyapress TV

Xəbər lenti