Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Baku Steel Company” QSC-dən atmosfer havasına tüstünün yayılması halları ilə bağlı dəfələrlə yazmışıq və paytaxt əhalisinin narazılığını işıqlandırmışıq. Lakin bu gün ərazidə müşahidə etdiyimiz mənzərə onu göstərdi ki, bütün bunların heç bir nəticəsi olmayıb. Paytaxtın mərkəzində metal istehsalı ilə məşğul olan bu şirkət dövlət qurumlarının xəbərdarlıqlarına da məhəl qoymur. Təəccüblüsü odur ki, şirkətin ekologiyaya vurduğu ziyanla bağlı konkret hüquqi tədbir də görülmür.
Sİtat.info-nun əməkdaşı zavodun yaxınlığından keçərkən havaya qatı tüstü dumanının yayılmasının şahidi olub. Sözügedən istehsal sahəsinin tullantılarının hava buraxılmasının ətrafda yaşayanların səhhəti üçün nə demək olduğu da heç kimə sirr deyil.
Dəfələrlə övlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən sözügedən QSC-nin ətrafında monitorinq və ölçmə işləri aparılıb və atmosfer havasına atılan tullantıların normadan artıq olduğu müəyyən edilib. Lakin konkret hüquqi addımların atılmamasının nəticəsidir ki, hələ də zavod fəaliyyətini davam etdirir. Ölkənin monopolist dəmir-metal istehsalçısı hər gün qara metalın əriməsindən yaranan zəhərli qazları havaya buraxmaqda davam edir. Halbuki qara metallurgiya müəssisələri şəhərdən kənara köçürülməli və əhali bu təhlükədən xilas edilməli idi.
Ölkəmizin beynəlxalq COP29 tədbirinə hazırlaşdığı bir vaxtda, paytaxtda açıq-aşkar havanın zəhərlənməsi heç bir məntiqə sığmır. pany
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, məsələ ilə bağlı araşdırma aparılır.