Britaniyalı onkoloq Peter Harper xərçəng riskini azaldan idman növlərini açıqlayıb.
Redaktor.az xəbər verir ki, onun sözlərini "Daily Mail" sitat gətirir.
Həkim bildirib ki, gündə 60 dəqiqəyə qədər mütəmadi olaraq orta-güclü idman etmək xərçəngə tutulma riskini əhəmiyyətli dərəcədə azalda bilər. Belə məşqlərə qaçış, gəzinti, üzgüçülük, velosiped sürmək və tennis oynamaq daxildir.
Harper izah edib ki, fiziki fəaliyyət ağ qan hüceyrələri vasitəsilə xərçəng hüceyrələri ilə mübarizə aparan immun sistemini gücləndirir. Lakin o, immuniteti zəiflətdiyi üçün fasiləsiz idmanla məşğul olmamaq barədə xəbərdarlıq edib.