Yemiş dadlı və sərinləşdirici bir yay meyvəsidir və tərkibində bir çox faydalı maddələr vardır. Lakin bəzi insanlar üçün yemiş yemək məsləhət görülməyə bilər. Foodinfo.az xəbər verir ki, yemiş yüksək şəkər tərkibinə malikdir və bu səbəbdən qan şəkərini sürətlə artıra bilər. Diyabet xəstələri üçün bu, qan şəkərinin idarə edilməsini çətinləşdirər. Diyabet xəstələri yemiş yemək istədikdə miqdarını məhdudlaşdırmalı və qan şəkərini diqqətlə izləməlidirlər.Yemişin tərkibindəki turşu və lif mədə turşuluğunu artıra bilər. Qastrit və mədə xorası kimi həzm problemlərini qabardar. Bu cür narahatlıqları olan insanlar yemişi ölçülü şəkildə istehlak etməli və ya tamamilə ondan çəkinməlidir. Bəzi insanlar yemişə qarşı allergik reaksiya göstərə bilər. Bu reaksiyalar arasında qaşınma, şişlik, ürtiker və hətta anafilaksi kimi ciddi simptomlar ola bilər. Yemişə qarşı allergiyası olan insanlar bu meyvədən tamamilə uzaqlaşmalıdır.Yemişin tərkibindəki şəkər və kalori miqdarı həddindən artıq istehlak edildikdə çəki artımına səbəb ola bilər. Çəki problemləri olan insanlar da yemişi ölçülü şəkildə yeməlidir ki, kalori qəbulunu nəzarətdə saxlaya bilsinlər.Bu meyvə kaliumla zəngindir və böyrək problemləri olan insanlar üçün yüksək kalium səviyyəsi təhlükəli ola bilər. Böyrək funksiyası zəif olan insanlar yemişin kalium tərkibindən dolayı onu məhdudlaşdırmalıdır.Yemişin qabığında olan bakteriyalar bəzən zərərli ola bilər və hamilə qadınlar üçün risk təşkil edə bilər.