Sağlam mədə-bağırsaq üçün gündə neçə dəfə qidalanmaq lazımdır?
Mədə-bağırsaq traktının sağlam olması üçün gündə üç dəfə qəlyanaltısız yemək lazımdır.

"Unikal" xəbər verir ki, bu barədə "Current News"a həkim Dilarə Lebedeva məlumat verib.

“Gündə üç dəfə qəlyanaltısız yemək tövsiyə edirəm. Daha tez-tez yeməkləri yorğun vəziyyətdə olan, kortizol səviyyəsi aşağı olan, çəkisi az olan, ağır fiziki əməklə məşğul olan, öd kisəsi çıxarılan insanlar istifadə edə bilər və təbii ki, uşaqlar, hamilə və laktasiya edən qadınlar gündə üç dəfədən çox yeyə bilərlər", - deyə Lebedeva qeyd edib.

Həkim hesab edir ki, bu pəhriz daha yaxşıdır, çünki öd və fermentlərin əmələ gəlməsi üçün həzm sisteminin tez-tez aktivləşdirilməsinə ehtiyac yoxdur.
 

Dünyapress TV

Xəbər lenti