Koqnitiv funksiyaları və əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün şəkərdən imtina etmək məsləhətdir.Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Yelena Tixomirova danışıb.Onun sözlərinə görə, sadə şəkərlər orqanizmə daxil olmadıqda bədən mürəkkəb karbohidratlardan enerji almağa başlayır. Bunun sayəsində orqanizm daha keyfiyyətli və uzunmüddətli “yanacaq” əldə edir və nəticədə özünü daha enerjili hiss etməyə başlayır.Mütəxəssisin qeyd edib ki, sadə şəkər məfhumu şirin olan hər şeyə, o cümlədən qlükoza, fruktoza, saxarozaya aiddir, mürəkkəb şəkərlər isə bütün dənli bitkilər və onlardan hazırlanan məhsullardır - un, taxıl, makaron və s.“Bundan əlavə, şəkərdən imtina kalori çatışmazlığı fonunda baş verərsə, insan arıqlamağa başlayar. Ona görə də bu seçim orqanizmə yalnız fayda verə bilər”, - deyə həkim vurğulayıb.