Psixiatr-narkoloq Anton Masyakin “paxmel” zamanı tünd çay içməyin ölümcül təhlükəsi barədə xəbərdarlıq edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, mütəxəssis bildirib ki, “paxmel” zamanı tünd çay və ya kofe içən zaman təzyiqin artması səbəbindən infarkt keçirmə riski artır.
O, həmçinin spirtli içkilərdən, fiziki fəaliyyətdən imtina etməyə, isti vanna qəbul etməyə və saunaya getməyə çağırıb. Duzlu su və ya yağlı bulyon yemək də vəziyyəti pisləşdirə bilər.
“Paxmel” vəziyyətində həkim gündə üç dəfə yarım stəkan qazsız mineral su və ya meyvə şirələri içməyi məsləhət görür.