Bu ölkə bütün giriş məhdudiyyətlərini ləğv edir
Yaponiya aprelin 29-dan etibarən koronavirus pandemiyası səbəbindən ölkəyə giriş məhdudiyyətlərini tamamilə aradan qaldırmağı planlaşdırır.
Əvvəlcə məhdudiyyətlərin mayın 8-də aradan qaldırılması nəzərdə tutulsa da, Yaponiya hökuməti aprelin sonlarından mayın əvvəllərinə qədər davam edəcək “Qızıl həftə” bayramı ilə əlaqədar həmin müddəti irəli çəkmək qərarına gəlib. Belə ki, bayram günləri yaponiyalıların əksəriyyəti səyahətə çıxır.
Eyni zamanda mayın 8-də Yaponiyada koronavirus infeksiyasının statusunun mövsüm qripi kimi az təhlükəli viruslar kateqoriyasına salınması gözlənilir.

Dünyapress TV

Xəbər lenti