İranın məşhur agenti Xankəndidə: necə gəlib? – Sensasiya
İranın tanınmış alimlərindən olan və bütün “yaradıcılığı” Azərbaycana qarşı yönələn Ehsan Müvəhhedianın Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti nəzarətində olan hissəsində separatçı-terrorçu fəaliyyətini davam etdirməyə çalışan Ruben Vardanyanla geniş müsahibəsi dərc olunub.

Axar.az xəbər verir ki, müsahibədə Müvəhhedianın Azərbaycana qarşı ənənəvi kəskin mövqeyi, ölkəmizi aşağılayan və ərazi bütövlüyümüzü şübhə altına alan yanaşması və istiqamətləndirici-təxribatçı suallara “cavab axtarması” bizim üçün artıq təəccüblü deyil.

Amma müsahibədə diqqət çəkən nüanslar var:

1. Vardanyan müsahibədə bildirir ki, “bu gün Laçın yolunun bağlanmasının 55-ci günüdür”.

Müsahibə İranın nüfuzlu ”Şərq” qəzetində bazar ertəsi – yəni Laçın yolunda keçirilən aksiyanın 64-cü günündə dərc edilib. Belə məlum olur ki, müsahibə tam 9 gün gecikdirilib. Niyə Vardanyanla götürülən müsahibə 9 gün gecikmə ilə dərc edilməlidir?

2. “Şərq” qəzetində dərc edildikdən sonra xüsusi xidmət orqanlarının nəzarətində Azərbaycana qarşı aktiv təbliğat aparan “Azariha” da daxil olmaqla, İranın 10-dan çox saytı bu müsahibəni tirajlayıb. Ancaq cəmi bir gündən sonra “Şərq” qəzeti də daxil olmaqla, bütün saytlardan silinib. Yalnız “diqqətdən kənarda qalan” bir saytda müsahibə hələ də qalmaqdadır.

Maraqlıdır, 9 gün gecikdiriləndən sonra dərc edilən müsahibə bir günün içində bütün saytlardan hansı tapşırıq əsasında silinib? Bu silinmənin səbəbi nədir?

Bu suallara cavab verməyə çalışaq:

Vardanyan “Laçın yolunun bağlanmasının 55-ci günündən” danışırsa, müsahibə 4 fevralda alınıb. Vardanyanın isə Xankəndidən Moskvaya gizli yolla getməsi barədə xəbər 8 fevralda yayılmışdı, geri qayıtması 14 fevralda üzə çıxdı.

Vardanyan bu müsahibədən 2-3 gün sonra Xankəndidən çıxmışdı. Həmin müddətdə müsahibənin dərc edilməməsinin səbəbi:

- Müvəhhedian Xankəndidə olub və orada müşahidələr aparıb, məlumatlar toplayıb, həm də Vardanyanla görüşüb. Mümkündür ki, Ehsan Müvəhhedian Vardanyanla birgə Xankəndidən çıxıb, Vardanyanla söhbətini isə Rubenin Xankəndiyə qayıtdığı günə qədər ləngidib.

- Müsahibə götürülərkən (və yaxud Vardanyanla söhbət edərkən) Vardanyan Moskvaya gedəcəyini deyib, Müvəhhedian da onun Rusiyadan qayıdıb-qayıtmayacağı aydınlaşana qədər söhbəti tirajlamağı təxirə salıb. Yəni müsahibənin dərhal ardından Rubenin qaçdığı və geri qayıtmadığı təsdiqlənərdisə, Müvəhhedianın “təmtəraqlı mübarizə haqda” balladasının erməni-fars əfsanəsi olduğu hər kəsə bəlli olardı.

O ki qaldı müsahibənin bütün İran saytlarından silinməsinə, burda bəzi informasiyaların müəllifi və İranın xüsusi əməliyyatını ələ verməsindən ehtiyat edildiyi ehtimalı güclüdür:

- Müvəhhedian jurnalist deyil, alimdir, onun “müsahibə janrına” müraciət etməsi, həm də Vardanyandan açıqlama alması maraq doğurur. Niyə Vardanyandan hansısa jurnalist yox, Azərbaycana qarşı aqressiv mövqeyi ilə seçilən iranlı alim, beynəlxalq əlaqələr üzrə ekspert, Əllamə Təbatəbai Universitetinin müəllimi olan Müvəhhedian müsahibə alıb?

Onun qəfildən Tehrandan Vardanyana telefon açması və müsahibə alması qətiyyən inandırıcı deyil. Alim, diplomat Müvəhhedian məhz Xankəndidə Vardanyanla üzbəüz həmsöhbət olub.

Bu iddiamızı gücləndirən daha bir sübut: Müvəhhedian vaxtaşırı olaraq Azərbaycana qarşı açıqlama və yazılarla çıxış edir. Onun bu müsahibədən öncəki yazısı 28 yanvar 2023-cü ildə “Diplomasi İrani” saytında yayımlanıb (Müvəhhedian həm də bu saytın yazarıdır): məqalə Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı İranın gülünc versiyası və Azərbaycana qarşı ittihamlardan ibarətdir. 13 fevrala - Vardanyanla müsahibənin dərc olunduğu tarixə qədər Müvəhhedianın nə yazarı olduğu saytda, nə də digər media qurumlarında yazısı və müsahibəsi yoxdur. Bu, onun həmin tarixlər arasında İranda olmadığı, Xankəndiyə getdiyi və separatçılarla qapalı görüşlər keçirdiyi təəssüratı yaradır.

Və nəhayət, cavabı özündə olan daha bir sual da var: Müvəhhedian niyə müsahibəni İran hökumətinə birbaşa bağlı olan, ölkənin xarici siyasətini əks etdirən “Diplomasi İrani”də deyil, islahatçılara bağlı “Şərq”də dərc etdirməli idi?
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
22 Noyabr 2024 Haaqada İrəvana təzminat davası: söhbət 100 milyardlardan gedir - Hələ GEC QALMIŞIQ...
21 Noyabr 2024 1 003 Xocalı əsirini ermənilərdən xilas edən Allahverdi Bağırovun ailəsi DANIŞDI VİDEO
20 Noyabr 2024 Azadlıq günün mübarək, Ağdam
19 Noyabr 2024 Qədim tarixi yurd yerimiz Kəlbəcər
19 Noyabr 2024 Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
16 Noyabr 2024 Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
15 Noyabr 2024 Problemlərin həlli Azərbaycan və Ermənistana prespektiv və sülh vəd edir -ŞƏRH
14 Noyabr 2024 Kimin qələbə qazanacağının fərqi yoxdur, önəmli olan qısa müddətdə Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir və quru yolun çəkilməsidir.
12 Noyabr 2024 “Son 4 il ərzində 382 nəfər Ermənistanın hərbi işğalı dövründə basdırdığı minaların qurbanı olub”
11 Noyabr 2024 Azərbaycanla Ermənistanın şərti sərhədindən YENİ GÖRÜNTÜLƏR
09 Noyabr 2024 Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq - VİDEO
08 Noyabr 2024 ​8 noyabr - Azərbaycan xalqının Zəfər Günüdür
07 Noyabr 2024 Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda təqribən 30 min nəfər yaşayır – TƏHLİL
06 Noyabr 2024 Bakı elə bir təzminat tələb edir ki, uduzsaq… – Erməni medası
05 Noyabr 2024 İki cəbhədə bütöv Zəfər - nə separatçılar var, nə sülhməramlılar...
05 Noyabr 2024 Dünyaya səs salan Xankəndidəki Zəfər paradı
02 Noyabr 2024 Ermənilərin Okamposu onları ifşa etdi - Ermənistan işğalçıdır
02 Noyabr 2024 Sərhəddə gərginlik: Müharibə istəyən qüvvələr... - Seyidov detalları açıqladı
01 Noyabr 2024 “Qarabağ sensasiyası” davam edir: muzdlular, kimyəvi silahlar və ipəkqurdu tırtılları - Nebenzidən Aşota qədər heyrətamiz nağıl

Dünyapress TV

Xəbər lenti