“Erməni hərbçiləri Azərbaycan ərazilərindən tam çıxarılmayıb” - Bayramov
12 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının Astana şəhərində keçirilən iclasında iştirak edib. Əvvəlcə məhdud tərkibli formatda işə başlayan iclas daha sonra geniş tərkibdə davam edib.

XİN-dən verilən məlumata görə, nazir Ceyhun Bayramov məhdud tərkibli iclasda çıxış edib.

Çıxışında nazir, MDB çərçivəsində qarşılıqlı fəaliyyət, habelə regional və beynəlxalq gündəliyin aktual məsələləri üzrə konstruktiv fikir mübadiləsinin aparılması üçün iclasın yüksək səviyyədə təşkilinə görə sədr ölkə qismində Qazaxıstan tərəfinə təşəkkürünü ifadə edib. Müasir dünyanın çağırış və təhdidlərinə qarşı birgə fəaliyyətdə təhlükəsizlik məsələlərinin aktuallığının artığını qeyd edən nazir, bununla əlaqədar olaraq MDB çərçivəsində maraqlı tərəflər arasında müxtəlif səviyyələrdə məsləhətləşmələrin aparılmasının əhəmiyyətini qeyd edib. Nazir xüsusilə, ölkələr arasında etimad və qarşılıqlı analayışın möhkəmləndirilməsində ənənəvi olaraq təsirli vasitələrdən olan humanitar sahədə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Nazir Ceyhun Bayramov iclas iştirakçılarını 44 günlük müharibə sonrası bölgədə yaranan yeni reallıqlar fonunda cari vəziyyət barədə, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsi ilə bağlı məsələlərlə bağlı məlumatlandırıb. O, münaqişənin bitməsinin, iqtisadi və kommunikasya əlaqələrinin bərpası yolu ilə bölgədə uzunmüddətli sülh və sabitliyiə nail olmaq üçün yeni imkanlar yaratdığını bildirib.

Xüsusilə, bölgədə tranzit imkanlarının artırılması və ümumilikdə sərmayə mühitinin möhkəmləndirilməsinə xidmət edəcək Zəngəzur dəhlizinin açılışından sonra bölgənin əhəmiyyətinin artacağı diqqətə çatdırılıb. Nazir, azad olunmuş ərazilərdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, məcburi köçkünlərin öz evlərinə geri dönüşünü təmin etmək üçün görülən fəal işlərdən bəhs edib. Qısa müddət ərzində görülən işlərin miqyasının Azərbaycanın azad olunmuş torpaqları bərpa və inkişaf etdirmək qətiyyətini nümayiş etdirdiyi və bunun da öz növbəsində, bölgənin münaqişə sonrası sabitliyinə ciddi töhfə verəcəyi iclas iştirakçılarının nəzərinə çatdırılıb.

Çıxış zamanı, həmçinin Ermənistan tərəfindən hələ də üçtərəfli bəyanatların tam icra edilmədiyi, erməni hərbçilərinin Azərbaycan ərazilərindən tam çıxarılmadığı iclas iştirakçılarının diqqətinə çatdırılıb. Habelə, Ermənistan tərəfindən təxribatların davam etdirildiyi qeyd edilib, o cümlədən 13-14 oktyabr tarixlərində sərhəd zonasında Azərbaycan qüvvələrinin təminat yollarının minalanması cəhdi ilə başlanan növbəti hərbi təxribatın çoxsaylı insan itkisinə səbəb olduğu vurğulanıb.

Ermənistanın bu hərəkətlərinin bölgədə sülh və sabitliyin təmin olunması səylərinə xələl gətirdiyi diqqətə çatdırılıb. Nazir, Azərbaycan Respublikasının münasibətlərin normallaşması və danışıqlar prosesinin irəli aparılması istiqamətində Ermənistan tərəfindən real addımların atılmasını gözlədiyini və ölkəmizin bu xüsusda səylərini davam etdirməyə qətiyyətli olduğunu bəyan edib.

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Laçındakı zəlzələnin görüntüləri – VİDEO
23 Noyabr 2024 Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
22 Noyabr 2024 Haaqada İrəvana təzminat davası: söhbət 100 milyardlardan gedir - Hələ GEC QALMIŞIQ...
21 Noyabr 2024 1 003 Xocalı əsirini ermənilərdən xilas edən Allahverdi Bağırovun ailəsi DANIŞDI VİDEO
20 Noyabr 2024 Azadlıq günün mübarək, Ağdam
19 Noyabr 2024 Qədim tarixi yurd yerimiz Kəlbəcər
19 Noyabr 2024 Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
16 Noyabr 2024 Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
15 Noyabr 2024 Problemlərin həlli Azərbaycan və Ermənistana prespektiv və sülh vəd edir -ŞƏRH
14 Noyabr 2024 Kimin qələbə qazanacağının fərqi yoxdur, önəmli olan qısa müddətdə Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir və quru yolun çəkilməsidir.
12 Noyabr 2024 “Son 4 il ərzində 382 nəfər Ermənistanın hərbi işğalı dövründə basdırdığı minaların qurbanı olub”
11 Noyabr 2024 Azərbaycanla Ermənistanın şərti sərhədindən YENİ GÖRÜNTÜLƏR
09 Noyabr 2024 Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq - VİDEO
08 Noyabr 2024 ​8 noyabr - Azərbaycan xalqının Zəfər Günüdür
07 Noyabr 2024 Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda təqribən 30 min nəfər yaşayır – TƏHLİL
06 Noyabr 2024 Bakı elə bir təzminat tələb edir ki, uduzsaq… – Erməni medası
05 Noyabr 2024 İki cəbhədə bütöv Zəfər - nə separatçılar var, nə sülhməramlılar...
05 Noyabr 2024 Dünyaya səs salan Xankəndidəki Zəfər paradı
02 Noyabr 2024 Ermənilərin Okamposu onları ifşa etdi - Ermənistan işğalçıdır
02 Noyabr 2024 Sərhəddə gərginlik: Müharibə istəyən qüvvələr... - Seyidov detalları açıqladı

Dünyapress TV

Xəbər lenti