İşıqlı gələcəyə yol açan Şanlı Qələbə
Tarixi qələbəmizlə başa çatmış 44 günlük Vətən müharibəsində
Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 5
şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Qarabağın tacı olan Şuşa
şəhərinin noyabrın 8-də işğaldan azad edilməsi isə Ermənistan rəhbərliyini
kapitulyasiya aktını imzalamağa məcbur etdi. Kapitulyasiya aktına görə,
noyabrın 20-si Ağdam və 25-i Kəlbəcər,dekabrın 1-i isə Laçın rayonları
Azərbaycana qaytarıldı. Beləliklə, Azərbaycan müharibəni həm döyüş
meydanında, həm siyasi müstəvidə qazandı.
Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı
Türkiyənin dəstəyini hiss etdi. Qardaş Türkiyənin dəstəyi müharibənin
aqibətini müəyyən etmiş həlledici amillərdən biri oldu. Təcavüzkar ölkə və
onun hamiləri bir daha gördülər ki, Türkiyə hər zaman olduğu kimi,
Azərbaycanın yanındadır və onun maraqlarını sonadək müdafiə edəcək.
Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün uğurla
davam edir.Qardaş ölkə Vətən müharibəsində olduğu kimi, bu gün də
Azərbaycanın yanındadır. Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğanın 2022-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava
Limanının, bu il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış
mərasimlərində, eləcə də Zəngilan və Cəbrayıl rayonlarında bir sıra
obyektlərin təməl qoyma tədbirlərində iştirakıbunun bariz nümunəsidir. Bu
il daha bir neçə beynəlxalq miqyaslı tədbir azad edilmiş ərazilərdə təşkil
edildi. Buna misal kimi 2023-cü il sentyabrın 29-də Zəngilanda BMT-nin
Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən
“Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində “Davamlı şəhərlər iqtisadi
inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi”
mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu keçirildi. Bu ildən
etibarən Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı şəhər günlərinin keçirilməsinə
başlanılıb, digər azad edilən şəhərlərin də günü böyük təntənə ilə qeyd
ediləcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın Zəngilanın Ağalı kəndində mətbuata birgə bəyanatlarla
çıxışları zamanı dövlətimizin başçısı bir daha bəyan etdi ki, iki qardaş
ölkənin birliyi və dostluğu sarsılmazdır və bundan sonra belə də olacaq:
“Mən bu gün fürsətdən istifadə edərək Azərbaycanın azad edilmiş
torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətlərinə öz təşəkkürümü
bildirmək istəyirəm. Onların yorulmaz səyləri nəticəsində bu gün bu
bölgədə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur
layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın
təcəssümüdür. Tam əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki
qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın
olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək. Beləliklə,
Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq”.
Bu gün Azərbaycan xalqı tamamilə dağıdılmış böyük ərazidə yeni
həyat qurur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz
sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa
etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirib. Azad edilmiş
şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat və infrastruktur işləri gedir,
xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, hava
limanları, dəmir yolları, tunellər tikilir, məscidlər, muzeylər bərpa edilir. Bu
məsələlərdə hər bir vətəndaşımız fəal olmalıdır.
Çox fərəhverici və qururlu haldır ki, bu il Şanlı Zəfərimizin 3-cü
ildönümünü daha böyük sevinclə qeyd edirik. Sentyabrın 19-da cəmi bir
gün davam edən Lokal Antiterror tədbirləri nəticəsində Qarabağ
ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin qaldığı digər ərazilərimiz
də tam şəkildə Azərbaycan Ordusunun nəzarəti altına keçdi.
Oktyabrın 15-də xalqımız növbəti sevincli və fəxredici gününü yaşadı.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı, Xocəvənd şəhərlərində,
Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində
Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldı. Həmçinin ölkə
başçısı Şuşa rayonunun Malıbəyli kəndində, Xankəndi şəhərinin
Kərkicahan qəsəbəsində, Əsgəran qalasında oldu, Tərtər rayonunun
Suqovuşan qəsəbəsində İstirahət parkının aşılışında iştirak etdi və Ağdam-
Füzuli avtomobil yolunun tikintisi ilə tanış oldu. Bu əlamətdar və qürurverici
hadısələr cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti
seçilməsinin 20-ci ildönümündə baş verdi.
Artıq Qarabağ tam azaddır. Burada genişmiqyaslı quruculuq-abadlıq
işləri həyata keçirilir. Ən qururverici hadisə isə yəqin ki, noyabrın 8-də
olacaqdır. Həmin gün Azərbaycan 44 günlük Vətən savaşının üçüncü ilini -
Zəfər Gününü qeyd edəcəkdir. Zəfər Günü münasibəti ilə keçiriləcək hərbi
parad isə Xankəndi şəhərində olacaq, saha sonra isə bayram tədbirləri
Şuşa şəhərində davam edəcəkdir. Hamımız bu günü səbirsizliklə gözləyirik.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
DİA.AZ
 

Bölmənin digər xəbərləri

22 Noyabr 2024 Haaqada İrəvana təzminat davası: söhbət 100 milyardlardan gedir - Hələ GEC QALMIŞIQ...
21 Noyabr 2024 1 003 Xocalı əsirini ermənilərdən xilas edən Allahverdi Bağırovun ailəsi DANIŞDI VİDEO
20 Noyabr 2024 Azadlıq günün mübarək, Ağdam
19 Noyabr 2024 Qədim tarixi yurd yerimiz Kəlbəcər
19 Noyabr 2024 Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
16 Noyabr 2024 Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
15 Noyabr 2024 Problemlərin həlli Azərbaycan və Ermənistana prespektiv və sülh vəd edir -ŞƏRH
14 Noyabr 2024 Kimin qələbə qazanacağının fərqi yoxdur, önəmli olan qısa müddətdə Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir və quru yolun çəkilməsidir.
12 Noyabr 2024 “Son 4 il ərzində 382 nəfər Ermənistanın hərbi işğalı dövründə basdırdığı minaların qurbanı olub”
11 Noyabr 2024 Azərbaycanla Ermənistanın şərti sərhədindən YENİ GÖRÜNTÜLƏR
09 Noyabr 2024 Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq - VİDEO
08 Noyabr 2024 ​8 noyabr - Azərbaycan xalqının Zəfər Günüdür
07 Noyabr 2024 Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda təqribən 30 min nəfər yaşayır – TƏHLİL
06 Noyabr 2024 Bakı elə bir təzminat tələb edir ki, uduzsaq… – Erməni medası
05 Noyabr 2024 İki cəbhədə bütöv Zəfər - nə separatçılar var, nə sülhməramlılar...
05 Noyabr 2024 Dünyaya səs salan Xankəndidəki Zəfər paradı
02 Noyabr 2024 Ermənilərin Okamposu onları ifşa etdi - Ermənistan işğalçıdır
02 Noyabr 2024 Sərhəddə gərginlik: Müharibə istəyən qüvvələr... - Seyidov detalları açıqladı
01 Noyabr 2024 “Qarabağ sensasiyası” davam edir: muzdlular, kimyəvi silahlar və ipəkqurdu tırtılları - Nebenzidən Aşota qədər heyrətamiz nağıl
31 Oktyabr 2024 Sakinlər Qarabağda torpaqları nə zaman icarəyə götürə biləcək - açıqlama

Dünyapress TV

Xəbər lenti