Qarabağla bağlı yeni plan cızılır:
Rusiyanın Azərbaycanda erməni separaçılığına dəstək məqsədilə yenidən fəallaşması müşahidə olunur.

Bu baxımdan, iyulun 8-də Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanın dövlət bayrağını aşırması barədə videogörüntülərin ortaya çıxması təsadüfi görünmür. İyunun 15-də baş vermiş bu hadisənin üç həftə sonra yayımlanması çox güman ki, Rusiyanın Azərbaycana qarşı növbəti təxribatıdır.

Xatırladaq ki, iyunun 15-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin əsgəri Həkəri çayının üzərindəki körpünün girişində bayraq qaldıran zaman Ermənistan ordusunun snayperi tərəfindən atəşə tutularaq yaralanmışdı. Azərbaycan tərəfinin cavab atəşi ilə iki nəfər erməni snayperi məhv edilmişdi.

Yayılan videomaterialdan da aydın olur ki, həmin təxribatda Rusiya hərbçiləri erməni yaraqlılarına kömək edib və Azərbaycan əsgərinin yaralanmasından istifadə edərək dövlət bayrağının aşırılmasında iştirakçı olublar. Buna baxmayaraq, Azərbaycan sərhədçiləri sonradan bayrağı ucalda bilib.

Amma bu görüntülərin niyə məhz iyulun 8-də ortaya çıxması özü suallara səbəb olub və bununla bağlı bir sıra şərhlər var. Diqqəti çəkən əsas məqamlardan biri həmin ərəfədə baş verən siyasi hadisələr arasında Rusiyanın bölgədə aqressiv davranışını şərtləndirən uzlaşma əlaqəsini görmək olar.

Prosesin xronologiyasına nəzər salsaq, iyunun 27-30-da Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ABŞ-ın Dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda danışıqlar aparır. Sonda ABŞ tərəflərin daha bir məsələyə dair razılığa gəldiyini və sülh sazişinin mətninə yaxınlaşdıqlarını bəyan edir. Müzakirələrin iyulun 21-də Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçiriləcək görüşündə davam etdirilməsi razılaşdırılır.

Sülh danışıqlarında təşəbbüsün ABŞ-ın əlinə keçməsi Rusiyanı narazı salır. ABŞ regionda sülhün bərqərar olması üçün Ermənistana “pərdə arxası”nda siyasi təzyiqləri artırır və Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa çağırır. Hətta ABŞ-ın Qarabağdakı qondarma rejimin ləğvinin tələb etdiyinə dair məlumatlar ortaya çıxır. Vaşinqtonun bütün bu səyləri isə Rusiya sülhməramlı qüvvələrinin Azərbaycandan çıxarılmasına və Moskvanın Cənubi Qafqazdakı geosiyasi təsirinin azaldılmasına hesablanıb.

Ona görə də Rusiyanın sülh prosesini pozmaq üçün bölgədə təxribatlara əl atacağı ehtimalı artır. Bu situasiyada qurban getdiyini anlayan cinayətkar rejimin rəhbəri Araik Arutunyan iyulun 3-də Rusiya Prezidenti Vladimir Putinə müraciət edir. Araikin müraciətində guya Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı Putini tədbir görməyə çağırdığı bildirilsə də, əslində onun məktubu özünü xilas etmək məqsədi daşıyan hay-küydən başqa bir şey deyil.

Ancaq Araikin bu məktubu Kremlin poçt qutusuna belə daxil olmadığından, Araik Ermənistanın Baş naziri Nikol Paşinyandan öz yalvarışlarını Putinə çatdırmağı xahiş edir. İyulun 6-da Paşinyan Putinə zəng edərək Laçın-Xankəndi yolundakı və sülhməramlıların müvəqqəti nəzarət zonasındakı vəziyyəti müzakirə edir. Əlbəttə, Paşinyanın bu davranışı Azərbaycanın daxili işlərinə müdaxilə olduğuna görə qanunsuzdur. Amma zəngin əsl məqsədinin Araikin müraciətini Putinə çatdırmaq olduğu bildirilir.

Nəhayət, Rusiya Azərbaycana təhdid məqsədilə iyulun 8-də sözügedən videogörüntünü yayır. Bunun ardınca iyulun 9-da başqa bir məlumat yayılır. Qeyd edilir ki, iyulun 4-də Moskvada Rusiyadakı erməni təşkilatlarının rəhbərləri və nümayəndələrinin, Rusiya Federasiyasının ayrı-ayrı vətəndaşlarının görüşü keçirilib. Toplantıdakı ermənilər Qarabağda və Laçın-Xankəndi yolundakı vəziyyətdən danışaraq Prezident Putinə ““Tarixi vətənimiz”i xilas edin!” adlı müraciət qəbul edir.

Müraciətdə Rusiya Federasiyasının 2020-ci ilin noyabrında könüllü olaraq üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, Qarabağ ermənilərinin müdafiəsi ilə bağlı Rusiya Federasiyasının Prezidenti V.Putinə çağırış yer alıb. İclasda iştirak edənlər Rusiya Federasiyasının rəhbərliyinə müraciətində Qarabağın guya blokadada olduğunu qeyd edərək Putini orada yaşayan erməni əhalinin təhlükəsizliyinin və azad sosial-iqtisadi fəaliyyətinin təmin edilməsi üçün tədbirlər görməyə çağırıblar. Həmçinin Putindən xahiş edilir ki, Qarabağın “blokada”sı götürülsün, Laçın dəhlizi ilə Ermənistandan Qarabağa və əks istiqamətdə insanların, yüklərin sərbəst hərəkəti təmin edilsin.

“Ata-babadan Rusiyayönümlü olan bu qədim diyarın əhalisinin təhlükəsizliyinin və azad sosial-iqtisadi fəaliyyətinin təmin edilsin!”,-deyə ermənilər Putini vəziyyətə müdaxilə etməyə çağırıb. Çox güman ki, Rusiyadakı erməni təşkilatlarının bu iclası və “müraciəti” Kremldən gələn siyasi sifarişi əsasında təşkil olunub.

Digər təxribat isə yığıncağın Erməni Apostol Kilsəsinin Rusiya və “Yeni-Naxçıvan” yeparxiyasının Məbəd kompleksində keçirilməsinə dair xəbərdir. Bu hadisə Araikin məktubundan bir gün sonra baş verir. Təbii ki, bu hadisələr arasında əlaqə var və Rusiya Azərbaycan ərazisində ermənilərin əli ilə münaqişəni alovlandırmaqla sülh danışıqlarında Qərbin vasitəçiliyinə mane olmağa çalışır. Ayın 8-də videogörtüntünün yayılması da Azərbaycana təzyiq məqsədi daşıyan bu təxribatın anonsudur.
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
22 Noyabr 2024 Haaqada İrəvana təzminat davası: söhbət 100 milyardlardan gedir - Hələ GEC QALMIŞIQ...
21 Noyabr 2024 1 003 Xocalı əsirini ermənilərdən xilas edən Allahverdi Bağırovun ailəsi DANIŞDI VİDEO
20 Noyabr 2024 Azadlıq günün mübarək, Ağdam
19 Noyabr 2024 Qədim tarixi yurd yerimiz Kəlbəcər
19 Noyabr 2024 Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
16 Noyabr 2024 Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
15 Noyabr 2024 Problemlərin həlli Azərbaycan və Ermənistana prespektiv və sülh vəd edir -ŞƏRH
14 Noyabr 2024 Kimin qələbə qazanacağının fərqi yoxdur, önəmli olan qısa müddətdə Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir və quru yolun çəkilməsidir.
12 Noyabr 2024 “Son 4 il ərzində 382 nəfər Ermənistanın hərbi işğalı dövründə basdırdığı minaların qurbanı olub”
11 Noyabr 2024 Azərbaycanla Ermənistanın şərti sərhədindən YENİ GÖRÜNTÜLƏR
09 Noyabr 2024 Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq - VİDEO
08 Noyabr 2024 ​8 noyabr - Azərbaycan xalqının Zəfər Günüdür
07 Noyabr 2024 Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda təqribən 30 min nəfər yaşayır – TƏHLİL
06 Noyabr 2024 Bakı elə bir təzminat tələb edir ki, uduzsaq… – Erməni medası
05 Noyabr 2024 İki cəbhədə bütöv Zəfər - nə separatçılar var, nə sülhməramlılar...
05 Noyabr 2024 Dünyaya səs salan Xankəndidəki Zəfər paradı
02 Noyabr 2024 Ermənilərin Okamposu onları ifşa etdi - Ermənistan işğalçıdır
02 Noyabr 2024 Sərhəddə gərginlik: Müharibə istəyən qüvvələr... - Seyidov detalları açıqladı
01 Noyabr 2024 “Qarabağ sensasiyası” davam edir: muzdlular, kimyəvi silahlar və ipəkqurdu tırtılları - Nebenzidən Aşota qədər heyrətamiz nağıl

Dünyapress TV

Xəbər lenti