Mərziyə Əhmədi Üskülü 1324-cü ildə (1945 ) Üsküdə əkinçi ailəsində anadan olub. Təhsilini Təbrizdə alan Mərziyə elə burada da sol düşüncə ilə tanış olub. Təhsilini başa vurduqdan sonra Mərziyə Üskü məktəblərinin birində ibtidai siniflərə dərs keçməyə başlayır. 3 illik müəllimlik həyatı boyunca Mərziyə dərs keçdiyi uşaqların ailələri və onların dərdləri ilə də yaxından tanış olur. Daha sonra Təbrizdə Universitetə daxil olur. Oxumaqla yanaşı müəllimliyə də davam edir. Kəndli uşaqlar üçün kitab evləri yaratmağa başlayır. Tələbə aksiyalarının çoxunda iştirak edən Mərziyə 1349-cu ilin (1970) mart ayında baş vermiş tələbə aksiyasını özü təşkil edir. Bundan sonra “savak” (şahlıq zamanı İranıın kəşfiyyat təşkilatı) tərəfindən izlənməyə başlanır. Ancaq tələbələr arasında böyük hörmətə və nüfuza malik oldugundan onlar Mərziyəni həbs etməkdən vaz keçirlər. Çünki bu yeni aksiyaların təşkil olunmasına gətirib çıxara bilərdi. 1350-ci il (1971) may ayında “savak” tərəfindən tutulur və uzun sorğu-sualdan sonra buraxılır, ancaq Üsküyə sürgün edilir. Buradaykən o, həm ədəbi yazılar yazır, həm də tələbələrin siyasi cəhətdən maariflənməsinə çalışırdı. Şeirlərində daima ürəyindəki “Ana dili” yanğısını dilə gətirir, məktəblərdə Ana dili altında fars dilinin öyrədilməsi ilə barışmırdı.1352-ci ildə o “xalqın fədai çərikləri” dəstəsinə qoşulur. Bundan sonra xalqın milli azadlığı və fars şovinizminə qarşı savaşır. 1353-cü ildə dəstənin bir üzvü başqa bir üzvlə görüşmək üçün yola çıxır. Bu görüşdən xəbər tutan “savak” məmurları hər tərəfə silahlı nümayəndələrini yerləşdirir. Bundan xəbər tutan Mərziyə yoldaşına xəbərdarlıq etmək üçün həmin bölgəyə gedir və onu tapıb məsələdən xəbərdar edir. Ancaq bu da onları ölümdən xilas etmir. Belə ki, atışma başlanır və Mərziyə da öz silahi ilə bu savaşda igidcəsinə döyüşür və ürəyindən yaralanaraq həyatını itirir. “Nağıllarımı yaşamımla yazmaq istəyirəm” deyirdi Mərziyə…yaşadı və nağılını yaratdı… Niyə mənim anam “madər”, Atam “pədər” – olsun? Bu dolaşıq ticarətdə Niyə mənim doğmalarım Özgəsinin tapdağında hədər olsun? Niyə yadın bəhməzinə “bal” deməli? Öz aşıma “yal” deməli? Niyə mənim ana dilim Gəlmə dilin qabağında Titim-titim titrəməli? Elnur Qasimov TEREF