Məryəm Seyibdəylinin sürücülük hüququ məhdudlaşdırıla bilər
Tarix elmləri doktoru, professor, Şərqşünaslıq İnstitutunun şöbə müdiri Məryəm Seyidbəyli barəsində inzibati iş başlanıb.

Qaynarinfo-nun məlumatına görə, Məryəm Seyidbəyliyə İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsi ilə ittiham irəli sürülüb.

Bu maddə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi ilə bağlıdır.

İttihamdan belə aydın olur ki, bundan əvvəl Məryəm Seyidbəyli inzibati qaydada cərimələnib. Lakin cəriməni ödəməyib.

529.3-cü maddədə inzibati cəza növü kimi nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur.

İşə Səbail Rayon Məhkəməsində baxılacaq.

Məryəm Seyidbəyli Azərbaycan nasiri, kinodramaturq və kinorejissor Həsən Seyidbəylinin qızıdır. O, bir müddət Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA Elm-Tarixi İnstitutunun direktoru vəzifəsində çalışıb. Bu institutu 3 il əvvəl ləğv edilib.

Məryəm Seyibdəyli hazırda AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiri vəzifəsində işləyir.


Dünyapress TV

Xəbər lenti