Qazaxın Yuxarı Salahlı kəndində 20 yaşlı qadın itkin düşüb.
Baku TV-nin məlumatına görə 16 gündür axtarışda olan şəxs tanınmış aşıq Şaiq İncəlinin oğlu Kənan İsayevin həyat yoldaşıdır.
Daha ətraflı süjetdə:
01.05.2024, 10:06
Qazaxda 20 yaşlı qız itkin düşüb. “Qafqazinfo” xəbər verir ki, aprelin 16-da rayonun Yuxarı Salahlı kənd sakini F.Süleymanov polisə müraciət edərək qızının itkin düşdüyünü bildirib.
O qeyd edib ki, qızı, 10 may 2004-cü il təvəllüdlü Mehriban İsayeva aprelin 16-da evi tərk edib.
O, naməlum istiqamətdə gedərək itkin düşüb.
Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma və axtarış işləri həyata keçirilir.