İstanbul Ədliyyə Sarayında terror aktının sifarişçisi olduğu iddia edilən mərkəzi komitə üzvü deyilən Fahriye Erdal da daxil olmaqla 4 şübhəli barəsində həbs qərarı çıxarılıb.
TEREF baku.ws-ə istinadən bildirir ki, fevralın 6-da İstanbul Ədliyyə Sarayı qarşısındakı polis məntəqəsinə edilən terror hücumundan sonra Emrah Yayla və Pınar Birkoç adlı 2 terrorçu öldürülüb.
Hücum nəticəsində təsadüfən yoldan keçən Dilfiraz Karataş həyatını itirib, 3-ü polis olmaqla 6 nəfər yaralanıb.
İstintaq çərçivəsində nəzarətə alınan 96 şübhəli sağlamlıqları yoxlanıldıqdan sonra İstanbul Ədliyyə Sarayına göndərilib.
96 şübhəlidən 48-i həbs edilərkən, digər 48 şübhəli isə məhkəmə nəzarəti qərarı ilə sərbəst buraxılıb.
Ədliyyə naziri Yılmaz Tunç hücumla bağlı aparılan istintaq çərçivəsində həbs edilən şübhəlilərin ümumi sayının 54 olduğunu açıqlayıb.
İstintaq çərçivəsində İstanbul Respublika Baş Prokurorluğu hücum əmrini terror təşkilatın mərkəzi komitə üzvləri adlandırılan qaçaq şübhəlilər Fahriye Erdal, Zerrin Sarı, Seher Demir və Musa Aşoğlu tərəfindən verildiyini müəyyən edib və 4 şübhəli barəsində həbs qərarı çıxarıb.
Digər tərəfdən, Fahriye Erdal 9 yanvar 1996-cı ildə Leventdə 2 nəfərin öldürüldüyü, ictimaiyyət arasında Sabancı sui-qəsdi kimi tanınan hücumun təşəbbüskarı kimi də tanınır.
Silahlı terror təşkilatı DHKP-C-nin rəhbərlərinin verdiyi təlimata uyğun olaraq, Emrah Yayla və Pınar Birkoç silahla ədliyyə binasına daxil olaraq, özləri ilə gətirdikləri materiallarla daha əvvəl məhkəmə qərarı ilə həbs olunan və terror üçün hazır gözləyən Elif Ersoy, Diyar Ersoy, Necla Birkoç və Ercan Güneşin köməyi ilə bəzi məmurları girov götürmək istədikləri bildirilib.
Terrorçuların terror təşkilatından məhkum olan Əli Osman Köse və Ercan Kartalın azadlığa buraxılmasını tələb edəcəkləri öyrənilib.