Bu terror aktının törədilməsində birbaşa kimin məsuliyyət daşıyacağından asılı olmayaraq Ukraynanın iblisləşdirilməsi davam edəcək
İŞİD terror təşkilatının Moskvada “Crocus City Hall”dakı terror aktına görə məsuliyyəti üzərinə götürməsinə baxmayaraq, Rusiya patoloji olaraq Ukraynanı vəziyyətlə əlaqələndirməyə çalışır: Putin və Rusiya “elitası” isə hadisədə “Kiyev rejimini” günahlandırmaqda və “iştirak edənlərin hamısını” öldürməklə hədələməklə məşğuldur. Niyə bunu davamlı olaraq təkrar yayımlayırlar? Daxili istehlakçıya təsir etmək üçün.
Rusiyanın Şimali Koreyanı, İranı, Belarusu buna inandırmasının mənası yoxdur. Birincisi, ona görə ki, onların baş verənlərlə bağlı öz fikirləri var. İkincisi, əgər bu nağılı konkret dəstəkləmək onlar üçün faydalı olarsa, bunu “Rusiyanın təsiri” olmadan edəcəklər. Üçüncüsü, bu kontekstdə vəziyyətə “Biz sizə inanırıq, bu, həqiqətən belədir” mövqeyindən deyil, “Sizin bu fikrinizi dəstəklədiyimiz üçün bizə nə verəcəksiniz?” mövqeyindən baxmağa dəyər.
İndi Rusiya xüsusi xidmət orqanlarının bütün hərəkətləri gülünc və son dərəcə primitivdir. Və burada bir faktı nəzərə almalıyıq ki, ümumilikdə onların lideri strateq kimi absurd və primitivdir.
Putin o qədər də yüksək səviyyəli “oyunçu” deyil. Söhbət xüsusi xidmətlərin səviyyəsindən və bu cür məlumatların və psixoloji xüsusi əməliyyatların səviyyəsindən gedirsə, o zaman Putin “yuxarı eşelon” təhlükəsizlik zabiti deyil, orta funksionerdir - kiçik əməliyyat kəşfiyyatçısı, kiçik əməliyyatçıdır. Bu, Putinin səviyyəsidir. Və belə bir insan heç vaxt yaxşı strategiyaları əvvəlcədən hesablaya bilməz.
Məhz belə bir resursun dərhal ixtiyarında olduğunu nəzərə alsaq, bütün Rusiya xüsusi xidmət orqanlarının və bütün Rusiya təbliğatının da primitiv və gülünc olması təəccüblü deyil. Ona görə də bu gün yaydıqları bnağıllar yalnız daxili, iddiasız istehlakçıya yönəlib. Digər ölkələrin xüsusi xidmət orqanlarının öz vətəndaşlarını terror hücumlarından qorumaq üçün hələ də çalışdığı bir vaxtda Rusiyanın xüsusi xidmət orqanları öz vətəndaşlarını sıxışdırmaq və onlara nəzarət etmək üçün dəqiq iş aparır. Eyni zamanda, artıq onların terror təhlükələrinin qarşısını almaq üçün kifayət qədər resursları yoxdur...
Bu terror aktının törədilməsində birbaşa kimin məsuliyyət daşıyacağından asılı olmayaraq – tacik, əfqan, iraqlı və ya suriyalı, kimin məsuliyyəti üzərinə götürməsindən asılı olmayaraq, Ukraynanın iblisləşdirilməsi davam edəcək...
2021-ci ildən bəri İŞİD Rusiyanı Suriya və Əfqanıstanda müsəlmanların öldürülməsinə görə qisas almaqla təhdid edir. 2021-ci ildən isə Rusiya Federasiyası ərazisində terror hücumları konsepsiyasını qururlar. İndi bütün bu müddət ərzində ilk dəfə belə uğurlu, genişmiqyaslı, qanlı terror aktı həyata keçirdilər. Və nəticə nədir? Video çəkdilər, bəyanat verdilər. Sonra bunun onların işi olduğunu təsdiqləyən başqa bir video çəkdilər. Daha bir açıqlama verildi...
Bir terrorçunu əsəbiləşdirəndə cavab olaraq nə gözləmək lazımdır? Daha bir terror aktı.
Müəllif: Aleksandr Kovalenko – Ukrayna İnformasiya Müqaviməti qrupunun hərbi-siyasi müşahidəçisi.
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur.