Erməni katolikosu ikinci Qaregin ABŞ-a gedib. Katolikos Amerikada görüşlərini yekunlaşdırdıqdan sonra Böyük Britaniyaya keçəcək. Qaregin bir il əvvəl də Böyük Britaniyaya səfər etmişdi. Erməni katolikosu Azərbaycanla sülh sazişinin imzalanmasının əleyhinədir. O bunu açıq söyləməsə də, katolikosun son çıxışları buna dəlalət edir. Bu mənada katolikosla baş nazir Nikol Paşinyan arasında fikir ayrılığı mövcuddur. Ümumiyyətlə zəif müxalifət fonunda Nikol Paşinyana qarşı əsas güc mərkəzi kimi kilsə meydana çıxıb. Kilsə siyasətdən kənar olduğunu bəyan etsə də, Paşinyanın Azərbaycanla sülh sazişi imzalamasına mane olmağa çalışacaq. Katolikosun müxtəlif ölkələrə səfərlərinin əsas qayəsini bu təşkil edir. Elxan Şahinoğlu TEREF: Xocanın Blogu