ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bölgəyə səfərini Ermənistandan başlayıb. Erməni saytları onu hələ də mövcud olmayan Minsk Qrupunu amerikalı həmsədri kimi təqdim edirlər. Boş xülyadır. İkinci Qarabağ müharibəsi, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və Qarabağ üzərində suverenliyini bərpası Minsk Qrupunun sonunu gətirdi. ABŞ-ın Azərbaycandakı səfirliyi də yaydığı bəyanatda Lui Bononu yalnız Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri kimi təqdim edib. Minsk Qrupunun tarixin arxivinə göndərildiyini Vaşinqton da qəbul edib. Luu Bononun bölgəyə səfərinin məqsədi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşünü təşkil etməkdir. Ancaq Dövlət Departamenti artıq ikinci dəfə bu görüşün baş tutma ehtimalına zərbə vurub. Dövlət Departamentinin dini mövzuda Azərbaycan əleyhinə hazırladığı hesabatı bundan xəbər verir. Nazirlərin Vaşinqtondakı birinci görüşünü də dövlət katibinin müavini O`Brayn Konqresin komitəsində Azərbaycan əleyhinə çıxışı zamanı heçə endirmişdi. Elxan Şahinoğlu Teref: Xocanın Blogu