GUAM-a (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) sədrlik Ukraynadan Azərbaycana keçib. Bu təşkilat təsis olunduğu illər qədər fəal olmasa da, mövculuğunu qoruyur və təşkilat üzvləri Azərbaycanla tərəfdaşlığı gücləndirməyə davam edirlər. Rəsmi Bakı GUAM-a iqtisadi təşkilat kimi önəm verir və prioritet istiqamətlər kimi enerji təhlükəsizliyi, nəqliyyat, ticarət dövriyyəsinin artımını seçib. Azərbaycan ərazi bütövlüyünü təmin etməklə yanaşı GUAM üzvlərinin ərazi bütövlüklərini əvvəlkitək dəstəkləyir. Yəni belə başa düşülməsin ki, Azərbaycanda separatizmə son qoyulduqdan sonra tərəfdaş ölkələrdə separatizmə seyrçi qalmalıyıq. Bu əsla belə deyil. Rusiyanın Azərbaycanın tərəfdaş ölkələrinə qarşı etdikləri beynəlxalq hüquqa ziddir. Bu mövqeyimiz dəyişməz qalmalıdır. Elxan Şahinoğlu Teref:Xocanin Blogu