“Azərbaycan Qarabağdan sonra Qərbi Zəngəzuru ələ keçirəcək” açılqlaması ermənilərin və onları dəstəkləyən mərkəzlərin canına qorxu salıb. Elə buna görə İran, Rusiya, Fransa ard-arda Qərbi Zəngəzurda konsulluq xidmətləri açmağa qərar veriblər. Qərbi Zəngəzur tarixi torpaqlarımızdır və soydaşlarımızın həmin ərazilərə qayıtmaq hüququ var. Bundan başqa Zəngəzur dəhlizi mövzusu gündəmdə ağırlığını qoruyur. Qərbdə bundan çıxış edərək Qərbi Zəngəzurun Azərbaycanın hədəfində olduğunu yazırlar. Halbuki, başda prezidenti İlham Əliyev olmaqla Azərbaycan rəsmiləri dəfələrlə bəyan ediblər ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdırsa, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanıyacaq. Yəni ermənilərin və onların dəstəkçilərinin Qərbi Zəngəzurla bağlı qorxuları varsa, bundan qurtulmağın yolu baş nazir Nikol Paşinyanı Azərbaycanla sülh sazişini imzalamağa məcbur etməkdir. Elxan Şahinoğlu Teref.az