Ramzan Kadırov “ordusunu” gücləndirir
Çeçenistanın rəhbəri Ramzan Kadırov qondarma “DXR ordusu”ndan yaraqlıları öz qoşunlarına cəlb etməyə başlayıb.
Editor.az Milli Müqavimət Mərkəzinə istinadən qeyd edir ki, bu proses Rusiya Federasiyasında gələcək hakimiyyətin bölgüsü ilə bağlıdır. Kadırovun Donetsk vilayətinin işğal olunmuş ərazilərində təsiri artır və onun yaraqlıları orada özlərini ağa kimi hiss edirlər. “Kadırovçular” “asayişin təmin edilməsi” arxasında gizlənərək vilayətlərdə qarətlə məşğuldurlar.
Qondarma “DXR” lideri Denis Puşilin isə Çeçenistanda yerləşən Xüsusi Təyinatlı Qüvvələr Universitetində “DXR” yaraqlılarının “təlim”inə razılıq verib: “Bu, Kadırovun TTO-ya təsirini daha da gücləndirir, çünki indi faktiki olaraq o, Qaleiterlərin şəxsi mühafizəsinə cavabdeh olacaq şəxsləri öyrədəcək.
Bundan əlavə, Kadırovun şəxsi mühafizəsi yeni simalar ilə tamamlanır ki, bu da güclərin yenidən bölüşdürülməsində balansı dəyişir” – bəyanatda qeyd olunur. Mərkəz onu da qeyd edib ki, “Kadırovçularlar” demək olar ki, birbaşa döyüş əməliyyatlarında iştirak etmirlər ki, bu da döyüş meydanında itki və məğlubiyyətlər fonunda işğalçılarda əsəbilik yaradır.
 

Dünyapress TV

Xəbər lenti