“Putin yayda məğlub olacağından qorxur” –
“Ukraynada müharibə illərlə davam edəcək. Ukrainlərlə ruslar arasında münasibətlər isə onillərlə yaxşılaşmayacaq.”

“AzPolitika.info” xəbər verir ki, Polşanın 13-cü prezidenti (1995-2005) Aleksandr Kvasnevski belə bir proqnozla çıxış edib. O, “Rzeczpospolita” nəşrinə müsahibəsində bu basrədə danışıb.

Onun fikrincə, münaqişə uzun müddət davam edəcək. “Nə qədər uzun müddət? Onillərlə ola bilərmi” dəqiqləşdirici sualına eks prezident belə cavab verib: “ Xalqlar arasında konflikt mənasında, bəli”.
Ətraflı

“Bu, nəsillərarası məsələdir. Müharibə illərə, konflikt nəsillərə ötürülə bilər. Müharibə hansısa barışıq, razılaşma ilə dayanacaq. Ancaq ruslar və ukrainlər arasında Putinin yaydığı nifrət o dərəcədədir ki, sülhün yaranması üçün nəsillərin dəyişməsini gözləmək lazım gələcək”, - o, deyib.

Polşanın sabiq lideri hesab edir ki, Rusiya bu müharibədən o qədər zəifləyərək çıxmalıdır ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsində onun mövqeyinə ümumiyyətlə əhəmiyyət verilməsin. Kvasnevski proqnozlaşdırır ki, müharibədən sonra Ukrayna ordusu Avropanın ən güclü ordusu olacaq.

“Putin yayda məğlub olacağından qorxur. Ancaq qalib də gələ bilmir. Ona görə müharibəni uzatmağa çalışacaq”, - eks-prezident əlavə edib.

Dünyapress TV

Xəbər lenti