Son bir neçə ayda Kreml cəbhə xəttini möhkəmləndirmək üçün Ukraynaya on minlərlə yeni hərbçi göndərib.
Bildirilib ki, qüvvələrin bu cür göndərilməsi heç bir nəticə verməyib. Çünki hərbçilər “döyüş meydanına atılmaq” üçün “zəif təchizatlı, zəif təlim keçmiş” vəziyyətdə cəbhə xəttinə gəliblər.
“Rusiya yeni təşkil edilmiş və birləşmiş hissələr əvəzinə mövcud birləşmələrə əvəzedici və ya gücləndirici olaraq qoşun göndərib”, – jurnalistlər ABŞ-nin yüksəkvəzifəli nümayəndəsinə istinadən qeyd ediblər.
CNN-in məlumatına görə, rəsmi həmçinin Rusiya Prezidenti Vladimir Putinin 2022-ci ilin oktyabrında Rusiyada qismən səfərbərlik elan etməsindən sonra işğalçıların döyüş meydanına gəlməyə başladığını qeyd edib. mənbə:CNN