Almaniya "Leopard 2" tanklarının Ukraynaya təhvil şərtlərini açıqlayıb.
"Report" "Sky News"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.
Nazir ölkədəki tank ehtiyatlarına yenidən baxacağına söz verib.
Bildirilir ki, ölkənin döyüş tankının ixrac lisenziyası var və buna görə də digər ölkələr öz "Leopard 2"ni Ukraynaya göndərmək üçün onun icazəsinə ehtiyac duyurlar.
Pistorus Almaniyanın Ukraynaya dəstəyindən əl çəkməyəcəyini vurğulayıb. O, hava hücumundan müdafiəni ölkə üçün bir nömrəli prioritet adlandırıb.