Almaniyanın silah istehsalçısı olan “Rheinmetall” şirkəti Ukraynaya “Leopard 1”, “Leopard 2” döyüş tanklarını, eləcə də Britaniya modeli olan “Challenger 1” döyüş tanklarını verməyə hazırdır.
“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə “Handelsblatt” məlumat yayıb.
“Rheinmetall” Omanda çoxlu sayda Britaniya tankı alıb onları təkmilləşdirə, daha sonra isə onları Ukraynaya ötürə bilər.
“Challenger”dən başqa, “Rheinmetall” Bundesverin standart silahları olan “Leopard 1” və “Leopard 2”ni də tədarük etməyi təklif edir. Köhnə “Leopard 1” modelindən 20 əsas döyüş tankının bu il, 20 ay ərzində isə daha 80 tankın təkmilləşdirilərək satıla biləcəyi bildirilir.