Polşa mətbuatının və rəsmilərinin Pşevoduv yaşayış məntəqəsi ərazisinə Rusiya raketlərinin guya düşməsi ilə bağlı bəyanatları vəziyyəti gərginləşdirmək üçün qəsdən törədilmiş təxribatdır.
APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, Rusiyanın məhvetmə vasitələri ilə Ukrayna-Polşa dövlət sərhədi yaxınlığındakı hədəflərə heç bir zərbə endirməyib.
"Polşa mediasının Pşevoduv kəndindəki hadisə yerindən qaynar təqiblə dərc etdiyi fraqmentlərin Rusiyanın silahları ilə heç bir əlaqəsi yoxdur", deyə Rusiya MN-nin bəyanatında vurğulanıb.