Yüksək dəqiqlikli “HİMARS” zərbəsindən sonra Rusiya ordusu iki yük maşını meyit apardı…
Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində 500 Rusiya işğalçısının olduğu binaya “HİMARS”la zərbə endirib. Nəticədə düşmənlər oradan iki yük maşını dolu meyit çıxarıblar.

Sozcu.az “TSN”-ə istinadla xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” səhifəsində yayılan məlumatda belə deyilir.

Yerli vaxtla Saat 06:00-ya olan əməliyyat məlumatlarına əsasən, Xerson vilayətində işğalçıların cəmləşdiyi ərazinin Müdafiə Qüvvələri tərəfindən vurulduğu qeyd olunur.

“Dnepryane qəsəbəsi ərazisində 500-ə qədər işğalçının olduğu binaya yüksək dəqiqliklə zərbə endirilib. Nəticədə ölən işğalçıların iki yük maşını dolu meyiti Tavriçeskoye məntəqəsinə aparılıb”, – deyə məlumatda bildirilir.

Baş Qərargah qeyd edib ki, 56 ağır yaralı işğalçı ən yaxın xəstəxanaya çatdırılıb, onlardan daha 16-sı tezliklə dünyasını dəyişib. İşğalçıların itkiləri ilə bağlı yekun məlumat dəqiqləşdirilir.

Xatırladılır ki, noyabrın 12-də Rusiya Silahlı Qüvvələrinin şəxsi heyəti arasında ümumi döyüş itkiləri təxminən 80 210 nəfər təşkil edib. Gün ərzində 800-dən çox işğalçı məhv edilib.
 

Dünyapress TV

Xəbər lenti