2030-cu ilə qədər ABŞ onun arsenalına bərabər olan iki nüvə dövləti ilə qarşılaşmalı olacaq.
"Report" xarici KİV-ə istinadla xəbər verir ki, bu fikri ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Koul Vaşinqtonda Brukinqs İnstitutunda keçirilən seminarda çıxışı zamanı deyib.
Koul bildirib ki, onun hesablamalarına görə, Çin yaxın illərdə nüvə arsenalını dörd dəfə artıracaq.
2021-ci ildə Amerika Alimləri Federasiyasının nüvə informasiya proqramının direktoru Hans Kristensen və onun həmkarı Mett Korda müxtəlif ölkələrin nüvə arsenallarının təhlili ilə bağlı hesabat təqdim ediblər. Hesabata görə, 2021-ci ilin əvvəlinə Pentaqonun sərəncamında 3800-ə yaxın operativ şəkildə yerləşdirilən və ehtiyat döyüş başlığı olub. Rusiya isə təxminən 4500-ə yaxın operativ şəkildə yerləşdirilən və hazır vəziyyətdə olan nüvə başlığına malikdir. Çində təxminən 350 döyüş başlığı var, lakin digər ekspertlər bunun 1000-ə qədər ola biləcəyini təxmin edirlər.