Bolqarıstan parlamenti ilk dəfə Ukraynaya hərbi yardımı təsdiqləyib
Bolqarıstan parlamenti ilk dəfə olaraq Ukraynaya hərbi yardımın göndərilməsini təsdiqləyib, yerli hökumət bir ay ərzində ora hansı növ silahların göndəriləcəyinə və bunun Bolqarıstanın müdafiə qabiliyyətinə zərər vurub-vurmayacağına qərar verəcək.

"Report" xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Ukraynaya bu cür yardımın göndərilməsinin lehinə 175 deputat, əleyhinə isə 49 parlament üzvü səs verib, 1 nəfər bitərəf qalıb.

Bolqarıstan indiyədək öz obyektlərində Ukrayna hərbi texnikasını təmir etməyə razılıq verib, lakin ölkə Prezident Rumen Radev və bəzi siyasi partiyaların etirazları səbəbindən hərbi yardım göndərməyib.
 

Dünyapress TV

Xəbər lenti