“Əgər zəfər Rusiyanın deyilsə, bu o deməkdir ki, qalib Ukraynadır”.
Bu sözlər Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini, keçmiş prezident Dmitri Medvedevin şəxsi telegram kanalında yazdığı növbəti statusunda əks olunub.
“Ukraynanın müharibədəki məqsədi bəllidir- əvvəllər ona məxsus olan bütün ərazilərin qaytarılması. Yəni onların Rusiyadan qoparılması. Bu isə dövlətimizin mövcudluğu və bugünkü Rusiyanın dağılması təhlükəsini doğurur”, - Medvedev yazıb.
Medvedev vurğulayıb ki, bu isə nüvə silahından çəkindirmə sahəsində Rusiyanın dövlət siyasəti sənədinin 19-cu bəndinin tətbiqi üçün birbaşa səbəb deməkdir.
“Bu sənədin 19-cu bəndi nüvə silahının tətbiqinin şərti kimi “dövlətin mövcudluğu təhlükə altında olduqda adi silahlardan istifadə etməklə Rusiya Federasiyasına təcavüzü” tanıyır. Bəs onda kim nüvə münaqişəsini planlaşdırır, soruşa bilərəmmi? Nüvə silahından istifadə etməklə dünya müharibəsinin birbaşa təxribatı deyilsə, bəs onda bu nədir?”, - o əlavə edib.