Onların əksəriyyəti Kərəm Mustafayevin zülmündən bu addımı atmağa məcbur olub. “Qara pişiy”in iddiasına görə, Naxçıvanda ehtiyata buraxılan zabitlər əslində 6 il orda xidmət etməli imişlər. Amma Kərəm Mustafayev onları özünün köləsi hesab etdiyindən bu hüquqlarını tanımayıb və zorla öz vəzifələrində saxlayıb. Psixoloji basqılara, xidmətin ağırlığına, maaşlarının kəsilməsinə və s. kimi qanunsuzluqlara dözə bilməyən zabitlər vaxtından əvvəl ehtiyata buraxılmaq barədə ərizə yazmalı olublar. Ehtiyata buraxıldıqdan sonra Azərbaycanın digər rayonlarında da işə götürülməyiblər. Çünki Naxçıvanın yazılmamış qanunları var: Muxtar Respublikada işdən çıxan və ya çıxarılan heç məmur Azərbaycanın digər rayonlarında işlə təmin oluna bilməzlər. Bildirilir ki, hərbi qanunvericilikdə 3 cür xidmət nəzərdə tutulur: həqiqi həqiqi xidmət, ehtiyata çıxmaq və istefa. İstefaya çıxmaq yaşla və ya səhhətlə əlaqədar olur. Hərbi qulluqçunun yaşı keçərsə və ya səhhətində hər hansı problemlər yaranarsa, istefaya göndərilir. Onlar hərbi xidmətə yararsız hesab olunurlar və müharibə şəraitində belə bu hərbçilər səfərbərliyə alınmırlar. Ehtiyata buraxılan hərbi qulluqçular isə ən azı 10 xidmət göstərməlidirlər. 10 il xidmət göstərdikdən sonra işdən ayrılmaq istəyənlər ehtiyata buraxılır və lazım gələrsə, onlar yenidən hərbi xidmətə çağırılırlar. Naxçıvanda son iki ildə ehtiyata buraxılan hərbçilər də bu katerqoriyaya aiddirlər. Əksəriyyəti 40 yaş civarında olan hərbçilərdir və yüksək döyüş qabiliyyətinə malikdirlər. Amma indidən təxris olunublar. Hərbi qulluqlarını yarıda kəsməyə məcbur olan bu zabitlərin əksəriyyəti hazırda 200-300 manatla dolanırlar. Heydər Oğuz Teref.az