“Səfərbərliyə rəğmən, düşmən cəbhədə uğur qazana bilmir” – general Zalujnı
“Bizim yeganə “kütləvi qırğın silahımız” bizim qürurumuz, cəsurluğumuz və düşmənə qalib gəlmək yanğımızdır”

“Ölkələrimiz arasında tərəfdaşlıq münasubətlərinin əsasında etimad və qarşılıqlı dəstək dayanır və bu, gələcək Qələbəmizin rəhnidir”

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı bəyan edib ki, Rusiya öz sıralarını möhkəmləndirməsinə və Ukraynadan daha çox artilleriyaya malik olmasına rəğmən, döyüş meydanında uğur qazana bilmir.

Sozcu.az xəbər verir ki, bu barədə ukraynalı general özünün amerikalı həmkarı, ABŞ qərargah rəisləri birləşmiş komitəsinin sədri Mark Milli ilə telefon danışığı zamanı bəyan edib.

Söhbətin qısa məzmununu o, özünün “Telegram-kanal”ında dərc edib.

“Mütləq atəş üstünlüyü, qoşunlarının, buna uyğun olaraq o cümlədən səfərbərlik edilənlərin hesabına hücumların sayının artmasına rəğmən, düşmən uğur qazanmayıb”, – Zalijnı hesab edir.

General qeyd edir ki, Ukrayna qoşunları Baş Qərargahın işləyib hazırladığı plana uyğun olaraq uğurla müdafiə olunur.

Zalujnı Ukrayna hərbçilərinin qarşısında duran dörd əsas vəzifəni qeyd edib:

– Ukrayna ərazilərini azad etmək;

– Rusiya tərəfindən yeni ərazilərin zəbt edilməsinə imkan verməmək;

-kritik infrastruktur obyektlərinin mühafizəsini təmin etmək;

– gələcək döyüş əməliyyatlarının aparılması üçün ehtiyatları formalaşmaq və hazırlığı davam etmək.

Zalujnı bəyan edib ki, Rusiyanın Ukraynanın “çirkli bomba” tətbiq etmək “planları” barədə ittihamları “dezinformasiyadır, Ukrayna Silahlı Qüvvələrinin bir dənə də kütləvi qırğın silahı yoxdir”.

Yeganə “kütləvi qırğın silahımız” bizim qürurumuz, cəsurluğumuz və düşmənə qalib gəlmək yanğımızdır.

Daha sonra Zalujnı Rusiyanın istifadə etdiyi “Shahed-136” tipli PUA-ların güclü hücumlarının qarşısının alınması üçün gizli üsul və vasitələrdən danışıb.

Sonda ukraynalı general vurğulayıb ki, iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin əsasında etimad və qarşılıqlı dəstək dayanır və bu, gələcək Qələbənin rəhnidir.
 
 
 

Dünyapress TV

Xəbər lenti