Şoyqu Putinə məruzə etdi:
Rusiyada sentyabrın 21-də başlayan qismən səfərbərlik başa çatıb.

Demokrat.az TASS-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putini məlumatlandırıb.

Nazir bildirib ki, artıq 37 günə 300 min nəfər ordu sıralarına çağırılıb.

Dövlət başçısı silahlı qüvvələrə qoşulan hər kəsə təşəkkür edib və hərbi komissarlıqların işinin müasirləşdirilməsi, cəbhə xəttinə yalnız təlim keçmiş döyüşçülərin göndərilməsi ilə bağlı tapşırıqlar verib.
 

Dünyapress TV

Xəbər lenti