Rusiya İranla ballistik raketlərin tədarükü ilə bağlı razılığa gəlib
Rusiya İranla kamikadze-dronlardan əlavə, “yer-yer” tipli ballistik raketlərinin tədarükü ilə bağlı razılığa gəlib. “Report” “Reuters”ə istinadən xəbər verir ki, Rusiya ilə İran arasında saziş oktyabrın 6-da İranın birinci vitse-prezidenti Məhəmməd Möhbər, İran İnqilabı Keşikçiləri Korpusunun iki yüksək rütbəli rəsmisi və Milli Təhlükəsizlik Ali Şurasının bir nümayəndəsinin Rusiya ilə silah tədarükü ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya səfər etdiyi zaman bağlanıb.

“Rusiyalılar daha çox pilotsuz uçuş aparatı və yüksək dəqiqliyə malik ballistik raketlər, o cümlədən “Fateh” və “Zolfaghar” raketlərini istəyib”, - məlumatda deyilir.

Qeyd olunur ki, raketlər 2-3 partiyada Rusiyaya göndərilə bilər.

Digər iranlı diplomat isə onların maksimum 10 günə göndəriləcəyini bildirib.

Dünyapress TV

Xəbər lenti