Belqorod vilayətinin Soloti kəndindəki poliqonda baş verən qətliam dini münaqişənin tərkib hissəsi ola bilər.
Bu barədə özünü hadisənin şahidi adlandıran hərbçiyə istinadən məlumat yayılıb.
Onun sözlərinə görə, münaqişə üç əsgərin - bir dağıstanlı, bir azərbaycanlı və bir adıgeyin “artıq xidmət etmək istəmədikləri barədə hesabat yazmaq istəməsi” ilə başlayıb. Etirazçılar bu müharibənin onalara aid olmadığını bəyan ediblər.
Bundan xəbər tutan, mənbənin polkovnik-leytenant Andrey Lapin adlandırdığı, komandirlərdən biri guya “hamını başına yığıb” və “bu, müqəddəs müharibədir”, - deyə bildirib. Bundan sonra tacik əsilli hərbçilər müqəddəs müharibənin müsəlmanların kafirlərə qarşı müharibəsi olduğunu bəyan ediblər. Polkovnik-leytenantın cavab olaraq Allahı “zəif” və ya “qorxaq” adlandırdığı iddia edilir ki, bu da orada olanların çoxunu “şoka salıb”. Belə ki, zabitlər arasında başqırdlar və tatarlar kimi müsəlmanlar da olub.
Tezliklə üç müqaviləli tacik əsgəri - baş cavuş Bikzot, kiçik cavuş Ami (o, qaçmağa müvəffəq olub) və Anuşa digər müsəlmanlara kənara çəkilmələrini söyləyərək, pulemyotlarını götürüb polkovnik-leytenant Lapinin və fərq qoymadan atəş açaraq daha 29 nəfərin həyatına son qoyublar. Atışma səsini eşidən Semyonov adlı gizir iki taciki öldürüb, üçüncüsü isə yaralanaraq qaçıb.