RUSİYA KİYEVİ VƏ DAHA 3 VİLAYƏTİ BOMBALAMAĞA BAŞLADI -
Bazar ertəsi, oktyabrın 10-da Ukrayna ərazisinə raket hücumları nəticəsində azı 14 nəfər həlak olub. Bu barədə Ukraynanın daxili işlər naziri Denis Monastırski telemarafonun efirində açıqlama verib.

“Hazırda 74 raket atəşi qeydə alınıb. Təəssüf ki, 14 ölü və 97 yaralı var", - nazir deyib.

***

Rusiyanın Ukraynanın paytaxtı Kiyev və digər vilayətlərə raket hücumu məticəsində 70-ə yaxın obyektə ziyan dəyib. Nəticədə 11 nəfər ölüb, 64 nəfər yaralanıb.

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, hava hucumu zamanı 29 strateji infrastruktur obyekti, 4 çoxmərtəbəli bina, 35 fərdi yaşayış evi və 1 məktəb zərər görüb.

***

Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərinə raket hücumu nəticəsində 10 nəfər ölüb, 60 nəfər yaralanıb. “Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polis İdarəsindən bildirilib.

***

Rusiyanın atdığı 83 raketdən 43-ü Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən vurulub. “RBK-Ukraina” xəbər verir ki, bu barədə Ukrayna Həri Hava Qüvvələrinin sözçüsü Yuri İqnat məlumat verib.

Onun sözlərinə görə, İran istehsalı olan 12 PUA-dan 9-u zərərsizləşdirilib.

Y.İqnat bildirib ki, Rusiya Ukraynaya Xəzər dənizi bölgəsindən “X-101” və “X-555” yüksək dəqiqlikli raketlər buraxıb: “Habelə “Kalibr”, “İskander”, “S-300” və “Tornodo” reaktiv yaylım atəşi sistemindən rake tlər atıb”.

***

Rusiya qoşunlarının Ukraynanın paytaxtı Kiyevi raket atəşinə tutması nəticəsində yaralananların sayı 30-a çatıb. “Ukrinform”a xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, xilasedicilər eyni vaxtda bir neçə yerdə işləyirlər. Ölənlərin sayı dəqiqləşdirilir.

Son məlumatlara görə, paytaxtdakı partlayış nəticəsində 8 nəfər həlak olub.

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı isə bildirib ki, Rusiyanın atdığı 75 raketdən 41-i havada vurulub.

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oliksiy Arestoviç isə teleqramda yazıb ki, durum müharibənin başladığı gün-fevralın 24-də olduğu kimi qorxulu deyil: “Savaş Ukraynanın qələbəsi ilə bitəcək”

Ukraynanın paytaxtı Kiyevlə yanaşı, ölkənin üç vilayətində partlayışlar törədilib.

"RBK Ukrayna" xəbər verir ki, bu gün səhər saatlarında Jitomir, Xmelnitsk və Ternopol vilayətlərində də partlayış baş verib.

Eyni zamanda Odessaya da bir neçə raketin atıldığı bildirilib.

Ukraynanın paytaxtı Kiyevdə ard-arda partlayışlar törədilib. “Report” xəbər verir ki, bunu Kiyevin meri Vitali Kliçko bildirib.

Onun sözlərinə görə, şəhərin Şevçenko rayonunun mərkəzində bir neçə partlayış olub. V.Kliçko partlayışın detalları barədə bir müddət sonra açıqlama verəcəyini bildirib.

Partlayış nəticəsində ölən və yaralananların olub-olmaması barədə məlumatlar dəqiqələşdirilir.

Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs tviterdə yazıb ki, bu, Rusiyanın qorxaqlığının və terror dövləti olmasının təzahürüdür: “Savaşı dayandırmaq üçün Rusiyaya daha çox silah çatdırmağa ehtiyac var”.

UNIAN-da qeyd olunub ki, yerli vaxtla səhər saat 06.47-də paytaxtda həyəcan siqnalı verilib. Bundan sonra səhər saat 8 radələrində Kiyevdə 3-4 partlayış törədilib.

Qeyd edək ki, ötən gecə Zaporojyedə də partlayışlar olub. Bu partlayışlar Moskvanın ilhaq etdiyi Krım yarımadasını Rusiya ilə birləşdirən yegən körpünün partladılmasına cavab olaraq törədildiyi ehtimal olunur.
azpolitika
 

Dünyapress TV

Xəbər lenti