“Rusiyalı generallar vəzifələrindən uzaqlaşmaq istəyirlər” - Hərbi ekspert açıqlayıb
Rusiyalı generallar arasında Ukraynadakı müharibəyə münasibət aşağıdır. Bu barədə «İnformasiya müqaviməti» qrupunun hərbi-siyasi şərhçisi Aleksandr Kovalenko danışıb.

UNİAN-ın məlumatına görə, o, Rusiya Federasiyasının (RF) generalı Sergey Surovkinin Ukraynadakı «xüsusi əməliyyata» komandan təyin olunmasını şərh edib.

“Əhəmiyyətli deyil ki, hansı «növbətçi» generalı Rusiya işğal ordusuna komandan təyin edəcəklər. O. məğlub generalı olacaq. Müharibəni uduzmuş komandan. Məğlubiyyətlə bağlı situasiyanı artıq onların heç biri dəyişə bilməyəcək. Və onlar bunu bilirlər” – deyə, ekspert qeyd edib.
Ətraflı

Kovalenko əmindir ki, belə münasibət Rusiya ordusunda artıq çoxdan yaranıb. Onlar üçün başlıca olanı odur ki, kimin «dövründə» kapitulyasiya elan olunacaq.

“Dairənin, korpusun, birləşmiş orduların komandanı təyin olunan hər bir general daha qalib gəlmək istəmir. Amma tezliklə vəzifəsindən uzaqlaşmaq istəyir ki, onun yerinə başqasını qoysunlar… Hansı ki, yekunda məğlub general olacaq… Belədə, necə fikirləşirsiniz, bütün bu yerdəyişmələr nəyi isə dəyişəcəkmi? Yox!” - deyə, ekspert qeyd edib.

Dünyapress TV

Xəbər lenti